Amerika Birləşmiş Ştatlarında (ABŞ) senator Bob Menendezin barəsindəki rüşvətxorluq ittihamı ilə ayrıldığı Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri demokrat senator Ben Kardin olub.
Əvvəllər Nümayəndələr Palatasının üzvü və 2007-ci ildən Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan Merilend ştatından senator Kardin sədrlik vəzifəsini üzərinə götürməsi ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın xarici siyasətində "tək səsli" olduğu zaman daha güclü olacağı fikrini müdafiə edərək və bu çərçivədə Senatın Xarici Əlaqələr Komitəsinin “aktiv və ikitərəfli” işləməli olduğu mesajını verib.
Kardin deyib: "Mən insan haqları, korrupsiya ilə mübarizə və yaxşı idarəçiliyin ABŞ-ın xarici siyasətinə inteqrasiyasını təmin etmək üçün uzunmüddətli fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Qarşıda bizi çox iş gözləyir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.