Rusiya Prezidenti Vladimir Putin bu gün rusiyalıların hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Azadmedia.az xəbər verir ki, fərman bu gündən qüvvəyə minib.
Belə ki, fərmana əsasən, bu il 18-27 yaş arasında olan 130 min nəfər hərbi xidmətə çağırılır.
Qeyd edək ki, ötən ilin payızında Ukrayna ordusunun uğurları fonunda Putin ehtiyatda olan Rusiya hərbçilərinin qismən səfərbər olunduğunu elan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.