Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə saatlarında reaktiv yaylım atəşi sistemi ilə Belqorod vilayətinə hücum etdiyini vurğulayıb.
Azadmedia.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, yerli vaxtla saat 03.45 radələrində Kiyevin “Uraqan” reaktiv yaylım atəşi sistemi ilə Rusiya ərazisindəki obyektlərə hücum cəhdinin qarşısının alındığı bildirilib.
Belə ki, həmin açıqlamada Belqorod vilayətinin hava məkanında 9 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd edilib.
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.