AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada terror hadisəsi - Bir terrorist özünü partladıb - Son dəqiqə

  • + A
  • - A
  • 1-10-2023, 12:04

    Ankarada terror hadisəsi -


    Təhlükəsizlik Xidmətinə bombalı hücum cəhdi: 1 terrorçu özünü partladıb Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi ərazidə partlayış və silah səsləri eşidilib. Nazir Yerlikaya açıqlamasında 2 terrorçunun bombalı hücum təşkil etdiyini açıqlayıb.

    Türkiyə Böyük Millət Məclisində 28-ci dövr, 2-ci qanunvericilik ili -

    Bu gün Milli Məclisdə keçiriləcək mərasimlə başlayacaq. Mərasimdən əvvəl Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib. Xəbərdarlıq üzərinə çoxlu sayda polis, sağlamlıq qrupu və yanğınsöndürmə briqadaları sövq edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

    Azadmedia.az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, “Saat 09.30 radələrində Daxili İşlər Nazirliyimizin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı önünə yüngül ticari avtomobillə gələn iki terrorçu , bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Yanğın zamanı 2 polis əməkdaşı şəhid olub. Üzvümüz yüngül yaralanıb. Qəhrəmanlarımıza tezliklə şəfa diləyirəm. Bizim Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, deyə qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR