Qarabağla bağlı mövqeyimiz əvvəldən aydın idi: işğal olunmuş bu torpaqların Azərbaycana qaytarılmasını dəstəkləyirik.
Azadmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.
Belə ki, o, Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.