AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Pxenyanın nüvə fəaliyyətlərinə qarşı qəbul edilən qərarı tənqid edildi - UAEA

  • + A
  • - A
  • 2-10-2023, 23:33

    Rəsmi Pxenyanın nüvə fəaliyyətlərinə qarşı qəbul edilən qərarı tənqid edildi -


    Şimali Koreya şiddətlə qınadığı Beynəlxalq Atom Enerjisi Agentliyini (UAEA) nüvə proqramlarına qarşı uydurma qərarlar verdiyini əsas gətirərək onu “ABŞ-ın sözçüsü” olmaqda ittiham edib.

    Şimali Koreyanın Nüvə Enerjisi Nazirliyi agentliyin baş assambleyasının 67-ci iclasında rəsmi Pxenyanın nüvə fəaliyyətlərinə qarşı qəbul edilən qərarı tənqid edib.

    Azadmedia.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilir: “Beynəlxalq Atom Enerjisi Agentliyi öz neytrallığını qorumaq missiyasından uzaqlaşıb və tamamilə ABŞ-a xidmət edən bir quruma çevrilib.

    Belə ki, Şimali Koreya 1990-cı illərin əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxıb. Onun rəsmi Pxenyanı tənqid etmək üçün səlahiyyət və əsasları yoxdur.

    Nə qədər ki ABŞ və imperialist dövlətlərin nüvə silahları bu torpaqlarda var, Şimali Koreya nüvə silahı dövləti olmaqdan əl çəkməyəcək və heç vaxt düşmənlərinin əks hərəkətlərinə dözməyəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR