AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT bu ölkəyə qoşun göndərir

  • + A
  • - A
  • 3-10-2023, 08:39

    BMT bu ölkəyə qoşun göndərir


    BMT Təhlükəsizlik Şurası Haitinin yardım istəməsindən bir il sonra bu ölkəyə çoxmillətli missiya ilə bağlı qətnamənin lehinə səs verib.

    Qətnamə ABŞ və Ekvador tərəfindən irəli sürülüb.

    Rusiya və Çin səsvermədə bitərəf qalıb. Rusiya nümayəndəsi bildirib ki, onların bu qərara "hər hansı əsaslı etirazı yoxdur", lakin Moskvanın missiya ilə bağlı bəzi xahişləri cavabsız qaldığından səsvermədə bitərəf qalmağa qərar verib. Qətnamə 13 səslə qəbul edilib.

    Missiyanın əsas vəzifəsi insanları oğurlayan, əhalini cinsi zorakılığa məruz qoyan, insan alveri və silah qaçaqmalçılığı ilə məşğul olan, qətllər törədən cinayətkar dəstələrə qarşı mübarizədə Haiti Milli Polisinə operativ dəstək vermək olacaq.

    Təşkilatın məlumatına görə, silahlı dəstələr Port-o-Prins metropoliteninin təxminən 80%-ni özünə tabe edib. Son aylarda qətllər, adam oğurluğu və zorlamalar əhəmiyyətli dərəcədə artıb. Genişmiqyaslı hücumlar 130 minə yaxın insanı köçkün vəziyyətinə salıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR