AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATƏT PA-da Azərbaycan əleyhinə olan təşəbbüslərin qarşısı alındı

  • + A
  • - A
  • 5-10-2023, 19:20

    ATƏT PA-da Azərbaycan əleyhinə olan təşəbbüslərin qarşısı alındı

    Oktyabrın 5-də bir sıra ölkənin təşəbbüsü ilə ATƏT PA-nın növbədənkənar onlayn Büro iclası keçirilib. İclasın əsas mövzusu Cənubi Qafqazda baş verən son hadisələrin, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal anti-terror tədbirləri və bundan irəli gələn vəziyyət müzakirə edilib.

    ATƏT PA-nın Prezidenti Finlandiyadan olan deputat Pia Kauma bildirib ki, Qarabağdakı hazırkı vəziyyət və orda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin qorunması ilə əlaqədar məsələləri müzakirə etmək və müəyyən addımlar atmaq məqsədilə bir sıra ölkədən olan büro üzvləri ona müraciət etmiş və bu məsələnin təxirəsalınmadan müzakirə olunmasını xahiş etmişlər.

    Müzakirələr zamanı söz alan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri Baş Komitəsinin sədri, büro üzvü Azay Quliyev çıxış edərək və 19-20 sentyabrda həyata keçirilən lokal anti-terror əməliyyatının səbəbləri, məqsədi və nəticələri barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

    Deputatımız bildirib ki, Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 4-cü bəndinin tələblərini kobud şəkildə pozaraq 10 mindən çox qanunsuz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxartmaqdan imtina etməsi, 18 sentyabrda Laçın və Ağdam üzərindən Xankəndinə yüklərin daşınması ilə Qarabağın “blokada” şousunun sona çatmasından sonra 19 senytabrda Azərbaycanın 2 mülki şəxsinin və 4 polis nəfərinin Ermənistanın sabotaj qrupu tərəfindən mina terrorunun qurbanı olması anti-terror tədbirlərinin həyata keçirilməsini qaçılmaz edib.

    Çox dəqiqliklə aparılan anti-terror tədbirləri nəticəsində yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildini və mülkü əhaliyə və mülki infrastruktura heç bir zərər dəymədiyini qeyd edən Azay Quliyev qanunsuz erməni silahlı qüvvələrin təslim olması və oyuncaq rejimin özünü buraxması haqqında razılıq əldə etdikdən sonra bütün tədbirlər uğurla başa çatdırıldığını bildirib: “Azərbaycanın 24 saatdan az müddətdə Qarabağda suverenliyini tam və qəti olaraq bərpa etməsi işğaldan və işğal nəticəsində yaradılmış qanunsuz oyuncaq rejimlərdən əziyyət çəkən ATƏT-ə üzv olan ölkələr və ümumiyyətlə, dünya üçün çox gözəl nümunə və təcrübədir. 30 illik hərbi təcavüzə və işğala son qoyan və beynəlxalq hüququ bərpa edən Azərbaycana ATƏT və ona üzv olan ölkələr minnətdar olmalıdır”.

    Daha sonra Azay Quliyev Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qaldıqları haqqında səslənən əsassız iddiaları konkret faktlarla rədd edib və müstəqil BMT missiyasının Qarabağa son səfərində bunun tam əksinin sübut oldunduğunu bildirib. Qarabağın erməni sakinlərinin könüllü şəkildə Ermənistana getdiyini, onların geri qayıtması və Azərbaycanın konstitusiyası çərçivəsində yaşamaları üçün hökumətin çox mükəmməl reinteqrasiya proqramının olduğunu bildirən nümayəndə heyətinin rəhbəri ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən quruculuq işlərindən də bəhs edib. Azay Qulıyev bildirib ki, Azərbaycanın Qarabağdan olan erməni sakinlərə göstədiyi xoş niyyəti və münasibəti biz Qərbi Azərbaycanlılara da göstərilməsini Ermənistan hökumətindən gözləyirik.

    İclasda Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilb.

    Sonda ATƏT PA-nın Prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına, Cənubi Qafqaza qalıclı sülhün və barışın gətirilməsinə töhvə verməyə hazır olduğunu bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR