AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitlə bağlı problem - Bayden

  • + A
  • - A
  • 6-10-2023, 08:05


    ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitlə bağlı problem -


    Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.

    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən etiraf edib.

    Belə ki, “Mən bunu dayandıra bilmərəm”, - deyə Amerika lideri vurğulayıb.

    Həmçinin Bayden deyib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yenidən istiqamətləndirə bilməz.

    Qeyd edək ki, ABŞ-Meksika sərhədində tikilən divarın səmərəli olub-olmaması ilə bağlı suala dövlət başçısı mənfi cavab verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR