Suriyanın Hüms şəhərində yaraqlı qrupların hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 80-ə çatıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, hadisədə yaralananların sayı 240 nəfərdir.
Qeyd edək ki, Suriyanın Hüms şəhərində yerləşən hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.