AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pekində “Mavi Qılınc 2023” adlı hərbi təlim başlayır - Vu Qian

  • + A
  • - A
  • 6-10-2023, 16:29

    Pekində “Mavi Qılınc 2023” adlı hərbi təlim başlayır -


    Çin Müdafiə Nazirliyi Çin və Səudiyyə Ərəbistanının gələn ay birgə dəniz təlimi keçirəcəyini açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, Pekin “Mavi Qılınc 2023” adlı təlimin oktyabr ayında Çinin cənubundakı Quandun əyalətində keçiriləcəyini bildirib.

    Belə ki, Müdafiə Nazirliyinin sözçüsü Vu Qian mətbuat brifinqində deyib ki, bu birgə təlim xaricdəki terrorla mübarizə əməliyyatlarına yönəldiləcək.

    Həmçinin “Snayper taktikası, helikopterin enişi və birgə xilasetmə təlimləri həyata keçiriləcək”, - deyə o qeyd edib.

    Bundan əlavə, Vu bildirib ki, təlimlər iki ordu arasında praktiki və dostluq əməkdaşlığını dərinləşdirmək və qoşunların hazırlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır.

    Qeyd edək ki, uzun müddətdir problemlər yaşayan Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşma ilə münasibətlərini düzəltməyə və səfirliklərini yenidən açmağa razılaşıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR