Çeçenistan Fələstini dəstəkləyir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov İsraildə yaşanan son qarşıdurma fonunda Teleqram kanalında yazıb.
Belə ki, Kadırov bildirib ki, Çeçenistan sülhməramlı qismində öz hərbi bölmələrini regiona göndərməyə hazırdır.
Qeyd edək ki, “Biz bu konfliktə qarşıyıq və digərlərindən fərqli olaraq, bu münaqişə daha da böyüyə bilər”, - deyə çeçen lider bildirib.
Bundan əlavə Çeçenistan rəhbəri müsəlman ölkələrinin liderlərinə müraciət edib ki, “silahlıları məhv etmək bəhanəsi ilə” mülki şəxslərə qarşı hücumları dayandırmaq üçün koalisiya yaratsınlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.