Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İqtisadi Şurasının və Müşahidə Şurasının çərşənbə günü keçirilən iclasında neft və qaz hasilatı sahəsində vəziyyət müzakirə olunub. Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
“Azərbaycanın Baş Naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasda ölkənin neft və qaz hasilatı sahəsində mövcud vəziyyət və perspektivlər, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli inkişaf planları və bütövlükdə respublikanın neft-qaz sektoru, gələcək hasilatın proqnozları, Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsinin icra vəziyyəti, layihənin həyata keçirilməsi üçün zəruri olan əlavə işlər və digər cari məsələlər” bəyanatda deyilir.
Qeyd olunur ki, iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin hesabatı və AİH-nin baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.
Nazirlər Kabinetindən əlavə edilib ki, iclasın yekununda müzakirə olunan məsələlərlə bağlı kollegiya üzvlərinin təklifləri nəzərə alınaraq AİH və SOCAR-ın idarə heyətinə müvafiq tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.