İran HƏMAS-ı dəstəkləyir. Tehranın bu qorxaq hücumu dərhal dəstəklədiyinə dair qəti sübutumuz olmasa da, aydındır ki, İranın dəstəyi olmasaydı, HƏMAS heç vaxt bu misilsiz hücumu həyata keçirə bilməzdi.
Azadmedia.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Belə ki, “Qəzza zolağı ilə əlaqələri olan Misir Prezidenti Sisi ilə sıx təmasdayam. Bu gün Türkiyə Prezidenti Ərdoğanla danışacam və Qətər əmirini qəbul edəcəyəm. Hər üçü vəziyyətin deeskalasiyasında mühüm rol oynaya bilər. Təəssüf ki, Qəzza zolağında dinc əhalinin əzabları artacaq, lakin bu da HƏMAS-ın və onun İsrailə hücumunun günahıdır”, - deyə Şolts bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.