ABŞ hakimiyyəti əvvəllər bloku açılmış və onun yurisdiksiyasından kənarda olan İrana məxsus 6 milyard dolları dondurmaq hüququnu özündə saxlayır.
Azadmedia.az-ın xəbərinə görə, bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
Belə ki, “Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq”- deyə, Blinken bildirib.
Qeyd edək ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.