AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Agentliyin dəstəklədiyi ictimai iştirakçılıqla bağlı layihə uğurla davam edir

  • + A
  • - A
  • 13-10-2023, 10:48

    Agentliyin dəstəklədiyi ictimai iştirakçılıqla bağlı layihə uğurla davam edir

    10-12 Oktyabr 2023-cü il tarixlərində Lənkəran və Astara şəhərlərində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin seminarları keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 01 avqust 2023-cü ildən 30 oktyabr 2023-cü ilə qədər dövrü əhatə edir.

    Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, tədbirlərin hr birində 20 nəfər gəncin iştirakı ilə keçirilimişdir. Layihənin məqsədi regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir. Son dövrlər dünyada gedən qloballaşıma şəraitində Azərbaycan Respublikasında aparılan islahatlar gənclərimizin ictimai iştirakçılıq sahəsində fəaliyyətinin gücləndirilməsini zəruri etmişdir. Bunlardan dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu ictimai iştirakçılıq haqqında qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması aid olunmalıdır. Həmçinin nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumların yaradılmasında, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasında, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsində cəmiyyətin, o cümlədən onun fəal kəsimini təşkil edən gənclərin iştirakını zəruri etmişdir. Seminar zamanı iştirakçılara ictimai qınaq nədir? ictimai iştirakçılığın məqsədi, prinsipləri, formaları vətəndaş cəmiyyəti institutları, ictimai şura nədir? vətəndaşların təşəbbüs qruplarının yaradılması qaydaları, ictimai şura nədir? ictimai şuralarda təmsilçiliyin faydaları, onun hüquqları, vəzifələri, seçkilərin təşkili , fəaliyyət prinsipləri, əməkdaşlıq istiqamətləri, ictimai nəzarət nədir? onun etik standartları, ictimai müzakirələr və ictimai dinləmələr mövzularında gənclərə məlumatlar verilmişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
    Tədbir müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.
    “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR