İsrail ordusu yenidən Hələb hava limanını vurub.
Bu barədə “Skay Nyus Arabia” məlumat yayıb.
Bildirilib ki, yenə uçuş-enmə zolağına ziyan dəyib.
Qeyd edək ki, İsrailin Hələb və Dəməşq aeroportlarına endirdiyi zərbələrdən sonra uçuş-enmə zolaqları sıradan çıxdığı üçün 12 oktyabrdan hava limanları təyyarə qəbulunu dayandırmış, bütün təyyarələr Latakiya (Laziqiyə) şəhərinə yönləndirilmişdi.
Hələb aeroportu yalnız oktyabrın 14-ü fəaliyyətini bərpa edə bilmişdi.
Xatırladaq ki, İsrail-HƏMAS müharibəsinə görə 12 oktyabrda ərəb ölkələrinə turneyə çıxan İran XİN başçısı Abdullahianın təyyarəsi Dəməşqə eniş edə bilmədiyi üçün nazir İraqa, oradan da Livana getmiş, ötən gün isə Dohada HƏMAS lideri ilə görüş keçirmişdi. Onun geri qayıdarkən Suriyaya səfər edəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.