Polşa əvvəlki müqavilələrə əsasən Ukraynaya silah göndərməkdə davam edir. Azadmedia.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Belə ki, onun sözlərinə görə, Polşa indi Ukraynaya yalnız müqavilə bağladığı silahları verir:
"Biz özümüz istehsal və tədarük yolu ilə ordumuzu gücləndiririk, başqalarını Ukraynaya silah ötürməyə təşviq edirik. Ukrayna məsələsində amerikalılarla daim əlaqə saxlayırıq, müttəfiqlərimizin Rusiya üzərində qələbə çalana qədər Ukraynaya kömək etməsi üçün əlimizdən gələni edəcəyik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.