Fələstin lideri Mahmud Abbas və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.
Azadmedia.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi Xarici KİV məlumat yayıb.
Belə ki, danışıq zamanı M.Abbas bildirib ki, HƏMAS qruplaşmasının fəaliyyəti və siyasi xətti Fələstin xalqını təmsil etmir.
Qeyd edək ki, Abbas Maduro ilə danışığında Fələstin Azadlıq Təşkilatını “Fələstin xalqının yeganə qanuni təmsilçisi” adlandırıb.
"Prezident hər iki tərəfdən mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyib və mülki şəxslərin, məhbusların azad edilməsinə çağırıb", - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.