AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS girovlar barədə şərtlərini açıqladı - Son dəqiqə

  • + A
  • - A
  • 17-10-2023, 08:37


    HƏMAS girovlar barədə şərtlərini açıqladı -


    HƏMAS 7 oktyabr hücumunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir.
    Azadmedia.az xəbər verir ki, bunu HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib.
    Belə ki, "Sionist həbsxanalarında 6 min fələstinli kişi və qadın var ki, biz onları israilli əsirlərlə dəyişmək istəyirik”, - deyə o bildirib.

    Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə əllərində 200-250 girov olduğunu açıqlayıb.

    Həmçinin İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari isə HƏMAS-ın 199 nəfəri girov saxladığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR