Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə məmurlar tərəfindən döyülməsinə etiraz olaraq “Xameneiyə ölüm”, “Diktatora ölüm” şüarları səsləndirən qız ruhi xəstəxanaya köçürülüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin polis komandanlığı məlumat yayıb.
Qeyd edək ki, məlumatda şüar səsləndirən qızın psixi problemləri olduğu və polis bölməsinə aparıldıqdan sonra dəlixanaya köçürüldüyü bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.