İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirildiyini açıqlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, mövzu ilə bağlı İsrail ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada əsgərlərin İordan çayının qərb sahilində atılan raketin qalıqlarına rast gəldiyi bildirilib. Belə ki, açıqlamada hücumda heç kimin zərər görmədiyi, parçaların tədqiq edildiyi və cinayətkarların tutulması üçün işlərə başlandığı qeyd olunub. Həmçinin digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına bağlı olduğu bildirilən Cenindəki Əl-Ayaş Briqadasının "Telegram" kanalında "Şaked" yəhudi yaşayış yerinə "Qassam-1" raket atıldığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.