ABŞ Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığa fərqli ad vermək əvəzinə Qəzza zolağında xəstəxanaya zərbənin peyk şəkillərini təqdim edə bilər. Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qeyd edək ki, “İndi hamı Qəzzada xəstəxanaya hücum edildiyi, yüzlərlə insanın öldüyü və yüzlərlə insanın yaralandığı faciəni müzakirə edərkən, amerikalılardan peyk məlumatlarını da istəmək olar, çünki onlar bu ərazini peyklərdən dəqiqliklə izləyirlər. Bu cür hücum diqqətdən kənarda qala bilməzdi. Dönüb bir özünə baxmaq lazımdır, o zaman bəlkə dünya daha dinc olar”, - deyə Lavrov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.