İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar zamanı Qəzzada 26 məscid tamamilə dağılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Fələstin anklavının Vəqf Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, İsrail xəstəxana, yaşayış binaları, bazar fərqi qoymadan, beynəlxalq hüquqla vurulması qadağan olan obyektləri belə hədəfə almaqdan çəkinmir. Bu qısa müddət ərzində qətlə yetirilən dinc və günahsız fələstinlilərin sayı 4500-ə çatmaqdadır, 13500-dən çox insan yaralanıb. Qətlə yetirilənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.