Hindistanın paytaxtı Yeni Dehli dünyanın ən çirkli havası olan şəhər kimi tanınır. Azadmedia.az xəbər verir ki, bu barədə İsveçrənin IQ Air şirkətinin məlumatında bildirilib.
Belə ki, Yeni Dehlidə incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi maksimum icazə verilən təhlükəsizlik standartlarından 20 dəfə yüksəkdir. Çikaqo Universitetinin araşdırmasına görə, şəhər sakinləri çirkli hava ilə nəfəs alaraq ömürlərini orta hesabla 5,3 il qısaldırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.