İsveç Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirib və bundan sonra Şimali Atlantika Alyansının üzvü olmağa hazırdır. Azadmedia.az xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Stokholmda təşkil olunan mətbuat konfransında səsləndirib. Belə ki, “İsveç bütün öhdəliklərini yerinə yetirib, konstitusiyasına və qanunlarına terrorla mübarizəni genişləndirməyə imkan verən dəyişikliklər edib, Türkiyəyə silah tədarükünə icazə verib. Mən yaxın gələcəkdə onun alyansa qəbul edilməsini gözləyirəm”, - deyə Yens Stoltenberq bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.