ABŞ İranla müharibə istəmir, lakin Yaxın Şərqdəki hazırki münaqişədə öz nümayəndələrinə hücum olacağı təqdirdə lazımi cavab verəcək. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Belə ki, “İranla konflikt axtarışında deyilik, müharibəni genişləndirmək istəmirik. Lakin əgər İran və onun müvəkilləri hər hansı məkanda amerikalılara zərbə endirərsə, cavab sürətli və həlledici olacaq”, - deyə Blinken bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.