AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd edilməsi parlaq - Zəfərin təzahürüdür

  • + A
  • - A
  • 25-10-2023, 10:20

    25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd edilməsi  parlaq -

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Ikinci Qarabağ müharibəsinin şanlı səhifələrindən birini də Qubadlı rayonunun işğaldan azad olunması təşkil edir.

    31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələrinin Qubadlıya hücumu nəticəsində rayonunun 29997 sakini daimi yaşayış yerlərini tərk etmiş, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və ya yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 18 ədəd dəyirman, bir neçə su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

    Ermənistanın çoxsaylı müharibə cinayətlərinin sırasına həmçinin beynəlxalq humanitar hüququnciddi pozuntusu olan Qubadlıda qanunsuz məskunlaşma daxil olunmuşdu. ATƏT-in 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyasının məruzəsinə görə Qubadlıda 1500-dək erməniəsilli şəxs qanunsuz olaraq məskunlaşmışdır. Hətta xaricdən gətirilən ermənilər üçün erməni diasporunun vəsaiti hesabına Xanlıqda qəsəbə də salınmışdır.

    Rəsmi İrəvanın bu müharibə cinayətinin törətməsində əsas məqsəd əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi və gələcəkdə nizamlama prosesinin çətinləşdirilməsi idi.

    Mənfur düşmənin bütün səylərini dəf edərək, Azərbaycan Ordusu 25 oktyabr tarixində şəhəri düşməndən tamamilə təmizlədi və uğurlu əməliyyat nəticəsində noyabrın 9-dək rayonun 41 kəndiniazad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

    Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı kompleks bərpa-quruculuq işləri aparılır və ən qısa zamanda burada həyat öz normal məcrasına qayıdacaq. Belə ki, artıq Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.Qubadlıda daxil olmaqla, bütövlükdə Qarabağ iqtisadi rayonunda həyata keçirilən möhtəşəm layihələr əyani formada Azərbaycan dövlətinin qüdrətini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR