Ərdoğan İsrail səfərini ləğv edib - SƏBƏB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar İsrailə səfərini ləğv etdiyini bildirib.
O, Türkiyə parlamentində çıxışı zamanı deyib: “İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”.
Siyasətçi Təl-Əvivin Qəzza zolağındakı hərəkətlərini tənqid edərək qeyd edib ki, Ankara anklavda “uşaqların öldürülməsinə icazə verməyəcək”.
Ərdoğanın sözlərinə görə, həm Qəzza zolağına hücumu həyata keçirənlərdə, həm də onu dəstəkləyənlərdə “ruhi xəstəlik” əlamətləri var.
Dövlət başçısı Ankaranın nəhayət İsraillə münasibətləri normallaşdırmaq niyyətində olduğunu, lakin Təl-Əvivin “Türkiyənin xoş niyyətindən sui-istifadə etdiyini” və qarşılıqlı addımlar atmadığını vurğulayıb.
Fələstin-İsrail münaqişəsi tərəflərin ərazi maraqları ilə bağlıdır və uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olaraq qalır.
Fələstin anklavında qurbanların sayı 5 mini keçib, 15 mindən çox insan yaralanıb. İsraildə 1,3 mindən çox insan həlak olub. Bundan əlavə, müxtəlif hesablamalara görə, 250-yə qədər adam HƏMAS-ın əsirliyində ola bilər.