Avropa Birliyi ölkələri Ukrayna konflikti ilə bağlı əvvəlcə yeni strategiya hazırlamalı, sonra Kiyevə pul ayırmalıdır. Azadmedia.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban Feysbuk səhifəsində yazıb. Belə ki, onun sözlərinə görə, əvvəllər strategiya ondan ibarət idi ki, ukraynalılar döyüşür, Qərb isə Rusiyanın məğlubiyyəti üçün onlara dəstək verir:
Həmçinin “Lakin bu gün hər kəsə bəlli oldu ki, bu strategiya işləmir, yeni strategiya lazımdır. Fikrimizcə, ilk növbədə yeni strategiya, sonra onun maliyyə bazasının formalaşdırılması lazımdır, əksinə deyil”, - Orban bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.