Birləşmiş Millətlər Təşkilatı oktyabrın 7-dən bəri İsrailin bombardmanları altında Qəzzada həyatını itirənlərin 40 faizinin uşaq olduğunu bildirib.
Azadmedia.az TRT-yə istinadən bildirir ki, BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Birləşmiş Ştatların Nyu-York şəhərində BMT-nin baş qərargahında fələstinli uşaqlarla bağlı baş assambleyaya təqdim etdiyi hesabatda yazılır: "İsrail qüvvələrinin Qəzzanı davamlı bombalaması artıq 5700 nəfərin ölümünə səbəb olub ki, bu rəqəm İsrailin itkilərindən 5 dəfə çoxdur. Həlak olanların 40 faizi uşaqlardır. Nələr olduğunu anlayırıqmı? 15 min nəfər də ağır yaralıdır.
İsrailin Qəzza xalqına qarşı qəzəbdən qaynaqlanan zorakılığı qəbuledilməzdir. Bölgədəki bütün fələstinliləri "Həmas” və başqalarının etdiklərinə görə cəzalandırmaq qanunsuzluqdur.
Mənim hesabatım İsrail mühacirlərinin müstəmləkə işğalı etdiyi Fələstin ərazilərindəki uşaqlara nəsillər boyu təsirinə, onların təhlükəsizlik və ləyaqətlə yaşamaq hüquqlarından nələrin qaldığına yönəlib.
2008-ci ildən oktyabrın 7-nə qədər İsrailin hücumları nəticəsində 1534 fələstinli uşaq həyatını itirib, 32 min 175 uşaq yaralanıb. Eyni dövrdə əks hücumlarda yalnız 25 israilli uşaq ölüb, 524-ü yaralanıb.
2000-ci ildən bəri 13 min fələstinli uşaq İsrail qüvvələri tərəfindən həbs edilib, sorğu-suala tutulub və vəhşicəsinə döyülüb.
Digər tərəfdən, İsrailin bombaladığı blokada altındakı Qəzza zolağında əhalinin 70 faizi köçkün düşüb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.