AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb - Yermak

  • + A
  • - A
  • 27-10-2023, 10:25

    ABŞ  Ukraynaya yeni hərbi yardım paketi ayırıb -


    Amerika Birləşmiş Ştatları oktyabrın 26-da Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya NASAMS və tank əleyhinə “Javelin” raket sistemləri üçün raketlər daxildir. Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib.
    Həmçinin qeyd olunub ki, yardım paketinə NASAMS üçün əlavə sursat, AIM-9M hava hücumundan müdafiə raketləri, “Stinger” zenit raketləri, HIMARS üçün əlavə sursat, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, TOW raketləri, 2 milyondan çox atıcı silah patronu, gecə görmə cihazları, maneələri aradan qaldırmaq üçün sökülmə sursatları, soyuq hava üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət və digər köməkçi avadanlıqlar, “Abrams” tankları üçün aktiv zireh lövhələri daxildir.

    Qeyd edək ki, hərbi yardım paketinin ümumi dəyəri 150 milyon dollardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR