Böyük Britaniya kraliçası II Elizabetin idarə etdiyi avtomobil noyabrın 11-də Birminhem şəhərində hərraca çıxarılacaq. Azadmedia.az xəbər verir ki, “Iconic Auctioneers” satış evi 2004-cü ildə istehsal edilən “Range Rover” markalı avtomobilə ilkin olaraq 50-60 min funt sterlinq qiymət qoyacaq.
Qeyd edək ki, yay aylarında avtomobili 33 min funt sterlinqə alan kolleksiyaçı videoların birində II Elizabetin həmin avtomobili 2005-ci ildə idarə etdiyini görüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.