Oktyabrın 27-si gecə saatlarında İsrail ordusunun Qəzzaya quru əməliyyatlarının başlaması ilə eyni vaxtda Tehranın Fələstin meydanında keçirilən dəstək aksiyası yarımçıq qalıb. Belə ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.
Həmçinin "Meydana toplaşaraq "Coşən səğir" duası oxuyan və İsrailə qarşı döyüşmək üçün Qəzzaya göndərilmələrini istəyən bir qrup insan aksiyanı yarımçıq qoyaraq, Fələstin meydanından qaçıb. Buna səbəb yaxınlıqdakı mağazalardan birində qaz balonunun partlaması olub. Aksiyaçılar meydana hücum edildiyini zənn edib aksiya yerindən qaçıblar", - paylaşımlarda qeyd edilib.
Hadisəni bilərəkdən törətmək şübhəsi ilə qaz balonunun partladığı mağaza sahibinin saxlanıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.