AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkədə Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması üçün elmi-tədqiqat institutu yaradılır - KİV

  • + A
  • - A
  • 30-10-2023, 15:42

    Bu ölkədə Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması üçün elmi-tədqiqat institutu yaradılır -



    Qazaxıstanda Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması üçün elmi-tədqiqat institutu yaradılacaq.
    Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su və İrriqasiya Sərvətləri Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik elmi-tədqiqat institutunun yaradılması haqqında qərar layihəsi hazırlayıb. Belə ki, İnstitut Xəzər dənizinin ekoloji problemlərini, dəniz səviyyəsinin aşağı düşməsini, suitilərin və balıqların kütləvi tələf olmasını, Xəzər suitisinin populyasiyasının qorunmasını, ixtiofaunanı, akvatoriyanı və dəniz sahilini araşdıracaq. Digər Xəzəryanı dövlətlərdən olan həmkarlarla sıx qarşılıqlı əlaqənin təmin edilməsi institutun daha bir istiqaməti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR