Nikol Paşinyan son çıxışlarının birində təsadüfən boşboğazlıq etdi. O, Azərbaycan tərəfi ilə razılaşmaların bəzi detallarını açıqladı.
Bunu erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.
“Paşinyanın sözlərinə görə, sülh müqaviləsi (Bakı-İrəvan - red.) imzalanandan sonra hamı qayıdış və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə edə biləcək. Bu prinsiplər əsasında sərhəd və ya gömrük prosedurlarını optimallaşdırmaq da mümkündür. Yəni Ermənistanın Baş naziri özünü elə aparır ki, sanki bütün məsələlər artıq həll olunub. İndi Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın Ermənistanın siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazır olması barədə bəyanatını eşitmək heç də təəccüblü deyil. Paşinyan açıq şəkildə eyham vurdu ki, ABŞ və Avropa oyunçuları da daxil olmaqla, bütün ölkələr Cənubi Qafqazın gələcəyini bu qaydalara uyğun sülh müqaviləsi imzalamaqda görür”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.