AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxın Şərq böhranının hazırkı mərhələsinin necə başladığını xatırlayırıq - Putindən çağırış

  • + A
  • - A
  • 31-10-2023, 10:03

    Yaxın Şərq böhranının hazırkı mərhələsinin necə başladığını xatırlayırıq -



    Bütün regionların başçılarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərlərinin diqqətini Rusiyanın konstitusiya quruluşunu, vətəndaşlarımızın hüquq və azadlıqlarını, dinlərarası harmoniya və millətlərarası münasibətləri qorumaq üçün qəti, vaxtında və aydın addımların atılmasının zəruriliyinə cəlb etmək istəyirəm. Belə ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Novo-Oqarevoda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə Dağıstandakı iğtişaşlar və Yaxın Şərqdəki vəziyyəti müzakirə edərkən deyib.

    “Yaxın Şərq böhranının hazırkı mərhələsinin necə başladığını xatırlayırıq - bu dövlətin ərazisində İsrail və digər ölkələrin mülki əhalisinə qarşı terror hücumu ilə. Biz həmçinin görürük ki, cinayətkarları və terrorçuları cəzalandırmaq əvəzinə, təəssüf ki, kollektiv məsuliyyət prinsipi ilə qisas almağa başlayıblar”, - Putin bildirib.

    Onun sözlərinə görə, onlar bu regiondakı vəziyyətdən istifadə edərək Rusiya cəmiyyətini parçalamağa, o cümlədən yalanlardan, təxribatlardan və aqressiyadan istifadə etməyə çalışırlar:

    “Onların (ABŞ elitası və onların peykləri qlobal qeyri-sabitlikdən əsas faydalananların) Müqəddəs Torpaqda qalıcı sülhə ehtiyacı yoxdur, onlara Yaxın Şərqdə daimi xaos lazımdır, ona görə də onlar Qəzza zolağında dərhal atəşkəsin əldə olunmasında, qan tökülməsinin dayandırılmasında israr edən, böhranın həllinə töhfə vermək istəyən və buna hazır olan ölkələri gözdən salmaq üçün əllərindən gələni edirlər. Hətta dünya birliyinin açıq şəkildə ifadə olunmuş mövqeyi olan BMT də hücumlara, real təqiblərə, onu gözdən salmaq cəhdlərinə məruz qalır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR