Yaxın Şərqdə baş verən silahlı toqquşmadan az sonra Amerikanın hərbi sənayesində fəaliyyət göstərən korporasiyaların aksiyalarının qiymətində 7 faiz artım müşahidə edilib. Azadmedia.az xəbər verir ki, mövzu ilə bağlı “The Guardian” qəzeti məqalə hazırlayıb. Məqalədə bildirilib ki, ABŞ-ın “Morgan Stanley” və TD bankları yaxın gələcəkdə hərbi aviasiya və silah istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin aksiyalarının qiymətinin daha da artacağını proqnozlaşdırıblar. Belə ki, insanların qətlə yetirilməsi və dağıntıları o qədər də diqqətə almayan TD bankın baş direktoru Kay fon Rumora mətbuat konfransı zamanı bildirib ki, rəhbərlik etdiyi bank silah və hərbi aviasiya sahəsində fəaliyyət göstərən “General Dynamic” korporasiyasına 16 milyon dollar həcmində sərmayə yatırıb və bu sərmayə özünü doğruldacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.