ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS iki amerikalı rəsminin bəyanatına istinadən məlumat yayıb. Belə ki, yeni paketə rus pilotsuz təyyarələrini məhv etmək üçün lazerlə idarə olunan sursatlar, NASAMS və HİMARS üçün əlavə döyüş sursatlar, TOV tank əleyhinə sistemlər və.s sistemlər daxildir.
Qeyd edək ki, ABŞ rəsmiləri həmçinin kiçik silahlar və onlarla yük maşınının veriləcəyini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.