Gələn il Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişləri həyata keçiriləcək.
Bu məqsədlə gələn ilin büdcəsindən 1,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Burada hansı fiziki şəxslərin problemli kreditlərinə dövlət tərəfindən yardım ediləcəyi maraq doğuran məsələlərdən biridir.
İqtisadçı ekspert Rəşad Həsənov "Ölkə.Az"a açıqlamasında bildirdi ki, problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişləri fərdi sahibkarları əhatə edir:
"Bu, kreditlərə dövlət zəmanəti mexanizmi ilə ödənilən kompensasiyaları əhatə edir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin problemli krediti olduqda, zəmanət mexanizmi hesabına maliyyələşdirilməlidir".
Ekspert deyir ki, kompensasiya ödənişləri hər hansı sosial qrup üçün də nəzərdə tutula bilər:
"Bura Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin yaxınlarının kredit borcunun silinməsi də daxil ola bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.