AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” adlı dəyirmi masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 3-11-2023, 23:15


    Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” adlı dəyirmi masa keçirilib -



    Gəncə, 3 noyabr — Azadmedia.az


    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” adlı dəyirmi masa keçirilib.

    Azadmedia.az xəbər verir ki, bugün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda nazirlik, aqrar xidmətlər agentliyi, pambıq istehsalı ilə məşğul olan iri MMC rəhbərləri və ya onların nümayəndələri, toxumçu fermerlər, institutda pambığın seleksiyası, aqrotexnikası, toxumçuluğu ilə məşğul olan alimlərin və gənc tədqiqatçıların iştirakı ilə “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” adlı dəyirmi masa təşkil olunub.

    Belə ki, BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərovun rəhbərliyində təşkil olunan dəyirmi masada aqrar sahədə olan aktual məsələlərin müzakirəsi, təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi aparılıb.

    Eyni zamanda məsul qurum nümayəndələri və aqrar sahədə çalışanlarla geniş müzakirələr edilərək, nümayiş tarlalarında xarici və yerli sortların müqayisəli öyrənilməsi məsələlərinə toxunulub. Bildirilib ki, hədəf ölkədə pambıq toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsidir.

    BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov vurğulayıb ki, “Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən pambıqçılıq kənd təsərrüfatımızın prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
    O bildirib ki, respublikanın iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi aqrar sahələrin inkişafında önəmli nəticələr əldə etməyə imkan vermişdir. Cəfərov qeyd edib ki, bütün bunlar öz növbəsində təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır. Prof. İ. Cəfərov həmçinin diqqətə çatdırıb ki, hazırda aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq həm əməktutumluluğuna və həm də, ümumi məhsul buraxılışının həcminə görə ölkədə yüksək göstəriciləri ilə seçilir.”















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR