Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin fundamental prioriteti və əsas strateji hədəfi kimi ölkəmizin ərazi bütövlüyünün bərpası müəyyən edilmişdir.
Tarixə qovuşan münaqişəni Azərbaycan uzun illər beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq dinc diplomatik üsullarla həll etməyə çalışırdı və bu məsələdə BMT Təhlükəsizlik Surasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnaməsinə, hamılıqla tanınan uti possidetis juris prinsipinə,ümumilikdə sivil dövlətlərin qəbul etdiyi hüquqi yanaşmalara əsaslanırdı. Eyni zamanda ölkə rəhbərliyi dəfələrlə bəyan etmişdi ki, Azərbaycan heç bir halda Ermənistanın silahlı təcavüzünün nəticəsi olan işğalla razılaşmayacaq. Beynəlxalq müstəvidə diplomatik vasitələrə üstünlük verərək, ölkəmiz eyni zamanda surətlə müasir ordu quruculuğu prosesini həyata keçirirdi.
Təəssüf ki, silahlı münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis edilən ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin yalnız dondurulmasına çalışaraq, aparılan danışıqları uğursuzluğa düçar etdi və Azərbaycanın maraqlarına cavab verməyən status kvonun saxlanılmasının tərəfdarı olmasını nümayiş etdirdi. Təcavüzkarla təcavüzün qurbanına eyni münasibətin sərgilənməsi bu qurum tərəfindən ikili standartların həyata keçirilməsinin bariz nümunəsi idi. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi nəticədə Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına gətirib çıxardı. Bu cinayətkar əməllərin qarşısını almaq, mülki əhalinin və mülki infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
44 gün ərzində qəhrəmanlıq və şücaət nümayiş etdirən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib,2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi və bunun nəticəsində ərazi bütövlüyümüz bərpa olundu.
XXI əsrdə müharibənin ən müasir üsulları və vasitələrindən istifadə edən Azərbaycan Ordusunun döyüş təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin müxtəlif hərbi mərkəzlərində ən ciddi şəkildə öyrənilir.
Dövlətimizin növbəti uğuru – yüksək peşəkarlıqla həyata keçirilən lokal antiterror tədbriləri nəticəsində suverenliyimiz və konstitisuya nizamı tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “biz tərkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu bərpa etdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.