Hazlrda Günəş sistemimizdə kiçik qayalı Merkuri Günəşə ən yaxın orbitdə fırlanan planetdir və Yer üzündə yaşadığımızdan yeddi dəfə daha sıx günəş radiasiyasına məruz qalır. Azadmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, NASA-nın hazırda fəaliyyətini dayandırmış “Kepler” kosmik teleskopunun əldə etdiyi məlumatlardan istifadə edən astronomlar Südyolu qalaktikamızda bir ulduzun ətrafında fırlanan yeddi planeti müəyyən ediblər. Onların hamısı ulduzdan parlaq enerji alır. Bunlar, Günəş sistemimizdən kənarda hər hansı bir ulduzun ətrafında indiyədək kəşf edilmiş ikinci ən çox sayda planetlərdir.
Belə ki, yeddi planetin hamısı Yerdən böyükdür, lakin Günəş sistemimizin dörd qaz planetindən ən balacası olan Neptundan daha kiçikdir. Onların hamısının Merkurinin Günəşə olan orta məsafəsindən daha yaxın orbitləri var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.