AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Qərbi Balkan regionu ölkələri üçün yardım paketi hazırlayıb - KİV

  • + A
  • - A
  • 10-11-2023, 16:49

    Avropa İttifaqı Qərbi Balkan regionu ölkələri üçün yardım paketi hazırlayıb -


    Avropa İttifaqı Qərbi Balkan regionu ölkələri üçün 6 milyard avroluq yardım paketi nəzərdə tutur.
    Azadmedia.az xəbər verir ki, məqsəd Aİ-yə üzvlük yolunda tərəqqiyə nail olmaq üçün region ölkələrində iqtisadi artımı və sosial-iqtisadi inkişafı təmin etməkdir. 2024-2027-ci illəri əhatə edəcək yeni plan Aİ-nin genişlənmə prosesini sürətləndirəcək, yaradılacaq İslahat və İnkişaf Fondu vasitəsilə islahatlar və investisiyalar dəstəklənəcək. Vəsaitin 2 milyard avrosu qrantlardan, 4 milyard avrosu isə güzəştli kreditlərdən ibarət olacaq.
    Belə ki, Qərbi Balkan regionunda vahid bazar qaydalarının tətbiqi və iqtisadi inteqrasiyanın artırılması hədəflənir.
    Qeyd edək ki, məhsulların, xidmətlərin və işçilərin sərbəst hərəkəti, Avropa ödəniş zonasına çıxış, avtomobil nəqliyyatının asanlaşdırılması, enerji bazarlarının və təchizat zəncirlərinin inteqrasiyası yeni planda prioritet istiqamətlərdəndir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR