AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİDA yeni onlayn satış elan edib - Yeniliklər barədə susmağa üstünlük veriblər

  • + A
  • - A
  • 14-11-2023, 09:33

    MİDA yeni onlayn satış elan edib - Yeniliklər barədə susmağa üstünlük veriblər

    MİDA güzəştli mənzil satışı ilə bağlı növbəti elan verib. 16 dekabr tarixdə saat 11-də 432 mənzil onlayn satışa çıxarılacaq.

    Maraqlıdır ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.

    Xatırlayıram ki, ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmaların olması, CAPTCHA problemlərinin olması haqqında xeyli sayda məlmatlar verilmişdi.

    MİDA ötən satışda baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan bir açıqlama verməsə də, fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirilirdi.

    Ümid edirəm növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçimlə bağlı, sistemin yenilınməsi ilə bağlı , süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq.

    Dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin.
    Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir.

    Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı.

    Yeri gəlmişkən, xatırladıram ki, xeyli müddətdir MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir.
    Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir.
    Məqalə Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR