AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub - KİV

  • + A
  • - A
  • 15-11-2023, 14:26


    2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub -


    Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub. Azadmedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, qitə çempionatının oyunları zamanı istifadə ediləcək top “Fussballliebe” adlanır.

    Belə ki, Alman dilindən tərcümədə "Futbol sevgisi" mənasını verən top hərəkətin hər bir elementi ilə bağlı məlumat verən və hakimlərin qərarvermə prosesini asanlaşdıran “Connected Ball” texnologiyası ilə təchiz olunub. Top maksimum sürətli və dəqiq oyuna imkan verir.

    Qeyd edək ki, “Fussballliebe”nin dizaynı topun hərəkətini və oyunun enerjisini əks etdirir. Qırmızı, mavi, yaşıl və narıncı rənglərin istifadəsi həm iştirakçı ölkələrin turnirə gətirdiyi canlılığı, həm də bütün dünyada azarkeşlərin böyük sevgisini qazanan futbolun sadəliyini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR