Pakistan, Özbəkistan və Əfqanıstan iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə regional ticarət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın ticarət naziri Gohar Ejaz, Özbəkistan baş nazirinin müavini Cəmşid Hocayev və Əfqanıstandakı müvəqqəti Taliban hökumətinin sənaye və ticarət nazirinin müavini Nurəddin Əzizi paytaxt İslamabadda görüşüb.
Belə ki, üçtərəfli formatda ilk dəfə keçirilən görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi ilə regional ticarət və əməkdaşlıq məsələləri müzakirə edilib, eyni zamanda üç ölkə arasında ticarət əlaqələrinin artırılmasına diqqət yetirilib.
Qeyd edək ki, görüş zamanı Pakistan, Özbəkistan və Əfqanıstan arasında ticarət maneələrinin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi və transsərhəd ticarətin təşviqi müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.