Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Afiyəddin Cəlilov küçəsi;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Zərifə Əliyeva küçəsində;
7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.