Azərbaycan məhkəmələrində cinayət təqibi üzrə qiyabi icraat aparılacaq.
Bununla bağlı Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq Cinayət-Prosessual Məcəlləyə yeni anlayış əlavədə qeyd edilib.
Anlayışa görə, cinayət təqibi üzrə qiyabi icraat – məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.