Fransa mediası Parisin Livanın silahlı qüvvələrinə zirehli transportyorlar çatdırması barədə məlumat yayıb.
Azadmedia.az AzVision.az-a istinadən xəbər verir ki, Fransa rəsmilərinin bildirdiyinə görə, tədarükün məqsədi Qəzza zolağı ətrafında gərginliyin artması fonunda Livan ordusunu gücləndirməkdir.
Belə ki, ABŞ-da respublikaçıların intellektual ruporu olan “Nəşnl İnterest” nəşrinin fikrincə, Livana tədarük edilən hər hansı hərbi texnikanın Hizbullahın və yaxud da dolayısı yolla onun ağası olan İranın əlinə keçməsi riski yüksəkdir.
Həmçinin iyul ayında İsrailin “Alma” tədqiqat və təhsil mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların Hizbullahın əlinə keçdiyini bildirib.
“Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah tədarükü kimi qiymətləndirilməlidir” , – nəşr vurğulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.